Ombudsmanların VII Bakı beynəlxalq konfransı keçirilir
“Bioetika, insan hüquqları və yeni texnologiyalar reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektləri”
Bu gün Bakıda Azərbaycanın Ombudsman Aparatı və UNESKO-nun birgə təşkilatçılığı ilə Avropa Şurasının 60 illiyinə və 18 iyun – Milli İnsan Hüquqları gününə həsr edilmiş “Bioetika, insan hüquqları və yeni texnologiyalar reproduktiv sağlamlığın və ailə planlaşmasının hüquqi və etik aspektləri” mövzusunda Ombudsmanların VII Bakı beynəlxalq konfransı başlayıb. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib ki, konfransın keçirilməsində əsas məqsəd də reproduktiv sağlamlıq və bioetika məsələləri ilə bağlı ictimaiyyəti maarifləndirməkdir. E.Süleymanova son illər ölkədə reproduktiv sağlamlığın qorunması istiqamətində xeyli işlər görüldüyünü qeyd edib. Onun sözlərinə görə, Ombudsman Aparatı da bölgələrdə analığın və körpələrin qorunması, reproduktiv sağlamlığın tibbi, mənəvi aspektləri ilə bağlı tədbirlər keçirir. E.Süleymanova xatırladıb ki, Milli Məclisdə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi müzakirə olunsa da, bu qanuna münasibət birmənalı olmayıb.
BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Bruno Pueza isə bildirib ki, 2001-ci ildən etibarən UNESCO bioetika sahəsində maarifləndirici, məsləhət yönümlü Qaydalar Toplusu hazırlayıb: “Reproduktiv sağlamlığın qorunması bir çox ölkələr üçün reallıqdır. Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə reproduktiv sağlamlığın inkişafına nail olunub. Lakin dünyanın əksər ölkələrində hələ də bu hüquqlar pozulur. Ümid edirəm ki, keçiriləcək konfrans reproduktiv sağlamlıq, bioetika məsələləri ilə bağlı daha geniş inkişafa səbəb olacaq”.
Qeyd edək ki, “bioetika” termini elmə 28 il əvvəl - 1971-ci ildən daxil olub.
Pərvin ABBASOV

909