QHT-lərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər Ombudsman Aparatında müzakirə olunacaq
Ombudsman Aparatında QHT-lərlə bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər barədə müzakirələr aparılacaq. Lent.az-ın məlumatına görə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova bildirib ki, müzakirələr QHT-lərlə birgə aparılacaq bağlı qanunvericiliyə təklif edilən dəyişikliklər hələ müzakirə olunur: “Ombudsman Aparatının nəzdindəki Müstəqil Ekspertlər Şurasına 60-a yaxın müxtəlif yönlü və əqidəli QHT nümayəndələri daxildir. Müzakirələr onların da iştirakilə keçiriləcək. Biz bu müzakirələri keçirəndən sonra öz fikrimizi bildirəcəyik”.
Pərvin ABBASOV
Pərvin ABBASOV
969