Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatının toplantısı keçirilib
Bu gün Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan siyasi partiyaların liderləri Ümid Partiyasının mərkəzi qərargahında növbəti toplantısını keçirib. Bu barədə Lent.az-a Ümid Partiyasının mətbuat xidmətindən bildirilib. Həm Azərbaycanda və həm də regionda baş verən mühüm siyasi prosesləri müzakirə edən Hərəkat liderləri qonşu İranda bu ilin 12 iyun tarixində keçirilən son prezident seçkilərinə və bu seçkilərin nəticələrinə münasibət bildiriblər. Onlar İran xalqının demokratiya və azad seçkilər uğrunda başlatdığı mübarizəni dəstəklədiklərini, zorakılığı, insanlara qarşı törədilən cinayətləri qətiyyətlə pislədiklərini ifadə ediblər. Müzakirələr zamanı bildirilib ki, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı bu gün küçə və meydanlarda öz demokratik hüquqlarının müdafiəsi uğrunda mübarizə aparan İran xalqının mübarizəsinin uğurlu nəticəsi regiondakı münasibətlərə də müsbət təsirlərini göstərə bilər.
Hərəkat liderləri o cümlədən təhsil haqqında qanunun qəbuluna da münasibət bildiriblər.
Daha sonra Hərəkat liderləri Azərbaycanda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə hazırlıqları da müzakirə ediblər. Bəyan edilib ki, bələdiyyələrin səlahiyyətlərinin məhdud olması, həmçinin ölkədə qüvvədə olan seçki məcəlləsinin qeyri-təkmilliyi siyasi partiyaların bu seçkilərdə iştirakını əngəlləyən əsas manelərdir. Bu barədə daha geniş müzakirələrin aparılması qərarını verən Hərəkat liderləri daha sonra QHT-lərin fəaliyyəti ilə bağlı bəzi qanunvericilik aktlarına təklif olunan dəyişikliklərə etiraz olaraq bəyanat qəbul ediblər.
Qeyd edək ki, Qarabağ və Respublika Uğrunda Hərəkatda Ümid, Müsavat, Xalq Cəbhəsi, Demokrat, Liberal, Vətəndaş və İnkişaf partiyaları təmsil olunur.
Pərvin ABBASOV

605