“Rusiya rəhbərliyi Etimad İsmayılova təşəkkür etməlidir”
Ədalət Partiyası Rusiya səfirliyi önündə aksiyalar keçirəcək
Etimad İsmayılovun barəsində ədalətli hökm çıxarılmasa, Ədalət Partiyası Rusiyanın Bakıdakı səfirliyinin qarşısında və onların tədbirlərində etiraz aksiyalarına başlayacaq. Bu barədə Lent.az-a açıqlamasında partiya sədrinin müavini Elxan Şükürlü bildirib. “Çalışacağıq ki, Rusiyanın hərbi-siyasi rəhbərliyinin diqqətini “Etimad İsmayılovun işi”ndəki qanunsuzluqlara və özbaşınalıqlara yönəldə bilək” – deyə, E.Şükülü qeyd edib.
E.Şükürlünün sözlərinə görə, məhkəmə prosesinin gedişində Etimad İsmayılovun Çelyabinsk vilayət rəhbərliyinin sifarişilə həbs edildiyi və əsas məqsədin də vilayət məmurlarının cinayət əməllərinin ört-basdır edilməsi olduğu üzə çıxır: “Təəssüf ki, biz mövqeyimizi Rusiya rəhbərliyinə çatdıra bilmir, müraciətlərimizə baxılmır. Çelyabinsk rəhbərliyi də bundan və əllərindəki imkanlardan istifadə edərək, hər yeri yanlış məlumatların əks olunduğu arayışlarla doldurur, bütün cinayətləri Etimadın üstünə yıxmağa çalışırlar. Biz ümid edirik ki, əgər Rusiyanın ali rəhbərliyi düzgün məlumatlandırılsa, Etimadın işinin ədalətli araşdırılması təmin ediləcək”.
E.Şükürlü xatırladıb ki, analoji hadisə bir neçə il əvvəl digər tanınmış həmyerlimiz - biznesmen Füzuli Məmmədovun da başına gəlmişdi və məsələ məhz Rusiya rəhbərliyinin diqqətinə düşdükdən sonra, o, öz haqlarının müdafiəsinə nail ola bilib: “Həmin vaxt qanunsuz saxlanılan, hətta barəsində məhkəmə hökmü olan Füzuli Məmmədov azadlığa buraxıldı, Moskvanın Cinayət Axtarış İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin yüksək rütbəli əməkdaşları isə həbs olundular. Biz ümid edirik ki, eyni hal Etimad İsmayılovun məsələsində də təkrarlanacaq. Çünki bu işdə Çelyabinsk vilayət rəhbərliyinin və hüquq-mühafizə orqanlarının böyük bir cinayət şəbəkəsi yaratdıqları və mütəşəkkil cinayətkarlıq yoluyla da Rusiya büdcəsindən külli miqdarda vəsait oğurladıqları üzə çıxıb. Belə bir cinayətkar şəbəkəni aşkarladığına və ifşa etdiyinə görə, əslində hüquq-mühafizə orqanlarında islahatlar aparmaq istəyən Rusiya rəhbərliyi Etimad İsmayılova təşəkkür etməlidirlər”.
Xatırladaq ki, Ədalət Partiyası sədri, millət vəkili İlyas İsmayılovun oğlu Etimad İsmayılov ötən ilin martında Moskvada Çelyabinsk vilayət FTXİ-nin əməkdaşları tərəfindən həbs olunub. E.İsmayılov həm də Ədalət Partiyası sədrinin müavinidir.
Pərvin ABBASOV

972