Berndə Azərbaycan dərsləri
17 iyun 2009 15:00 (UTC +04:00)

Berndə Azərbaycan dərsləri

Gimnaziyanın 2 qrupunun şagirdlərinə ölkəmiz barədə danışılıb

Bern Maarif İdarəsinin təşəbbüsü ilə bu şəhərin gimnaziyasının 2 qrupunun şagirdləri üçün Azərbaycan haqqında məlumat xarakterli dərslər keçirilib. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bilidirilib. “Sovet Ittifaqı və Azərbaycan” mövsuzunda keçirilən bu xüsusi dərslərdə Azərbaycanlıların İsvecrədəki Mədəniyyət Mərkəzin (AİMM) prezidenti Qasım Nəsirov şagirdlərə ətraflı bilgi təqdim edib. Hər iki qrupa keçirilən dərs yüksək səviyyədə hazırlanıb və müasir texnoloji nailiyyətlərdən istifadə olunub. Əyani vəsaitlər, prezentasiya və digər vasitələrdə keçirilən dərsdə 43 şagirdə və gimnaziyanın müəllimlərinə Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu vaxtlarda vəziyyəti, M.Qorbaçovun başçılığı ilə Bakıda “20 Yanvar” qırğınının törədilməsi, eləcə də ermənilərin Azərbaycana xalqına qarşı həyata keçirdiyi terror aktları, həmçinin Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsinə dair maraqlı və geniş məlumat təqdim olunub. Sonra şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb və dərslərin yekunu olaraq referat yazılıb. Sonda 17-18 yaşlı isveçli gənclər bu dərslərdə Azərbaycan haqqında aldıqları bilgiləri bundan sonra da zənginləşdirməyə maraqlı olduqlarını deyiblər. Gimnaziyanın rəhbərliyi belə dərslərin davam etdiriləcəyini və silsilə xarakter alacağını bildirib. AİMM-in nümayəndələri isə gimnaziyanın müəllimlərinə Diasporla İş üzrə Dövlət Komitəsinin göndərdiyi DVD-lər hədiyyə ediblər.
Qeyd edək ki, bu dərsləri Berndə ilk dəfə İsveçin təhsil üzrə dövlət idarəsinin təşkil etməsi, dövlətin bu işə maddi dəstək verməsi, eləcə də dərslərin dövlət gimnaziyasında keçirilməsi yüksək qiymətləndirilir və İsveşdəki Azərbaycan diasporunu uğuru sayılır.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar