Azərbaycanlılar Avropa Parlamentinə namizədlərlə görüşüb
03 iyun 2009 14:30 (UTC +04:00)

Azərbaycanlılar Avropa Parlamentinə namizədlərlə görüşüb

Avropa Parlamentinə keçiriləcək seçkilər ərəfəsində Almaniya Türk Toplumu Almaniyanın aparıcı partiyalarından olan namizədlərlə görüşüblər. Bu barədə Lent.az-a Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Almaniya Türk Toplumunun I vitse-prezidenti və Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahəddin Qaya bildirib ki, bu görüş həmin partiyaların Avropa Parlamentinə keçiriləcək seçkilər ərəfəsində təqdim etdikləri fəaliyyət proqramları, platformaları ilə tanışlıq məqsədi daşıyıb. Görüşdə deputatlığa namizədlərin hazırladığı fəaliyyət proqramlarında Almaniyadakı türk diasporunun gələcəkdə Avropa cəmiyyətindəki mövqeyi və rolu barədə nəzərdə tutulan məqamlar, bu partiyaların Türkiyənin Avropa Birliyinə üzv qəbul ediməsinə münasibəti və digər aktual məsələlər müzakirə edilib. Görüşdə Avropa Parlamenti üzvlüyünə xristian-demokratların, sosial-demokratların, liberalların, solçuların, Yaşıllar Partiyasının təmsilçiləri, həmçinin Almaniya Bundestaqının üzvü Hakkı Keskin, BETAK Alman-Türk Qadınlar Cəmiyyətinin sədri Sema Özcan Sarıgül, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icracı direktoru Samirə Patzer-İsmayılova, Azərbaycan və türk diasporunun digər nümayəndələri iştirak ediblər. Avropa parlamentariliyinə iddialılarla görüş sual-cavab şəraitində keçirilib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 695

Oxşar yazılar