“Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və müasir dövr”
01 iyun 2009 16:45 (UTC +04:00)

“Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və müasir dövr”

Kitabda Azərbaycanı ikiyə bölən müqavilələrin mətnləri də öz əksini tapıb
Tarix elmləri namizədi Füzuli İsmayılovun “Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri və müasir dövr” adlı kitabı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən “İnformasiya Texnologiyaları” nəşriyyatı tərəfindən çap olunub. AMEA-nın mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, kitabda Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılıb. Hələ XVII əsrdən, xüsusilə XVIII əsrdən başlayaraq Rusiya imperiyasına arxalanmaqla ermənilərin Azərbaycan torpaqları hesabına öz dövlətlərini yaratmaq sahəsindəki fəaliyyəti, erməni ideoloqlarının çarizmin Azərbaycanda müstəmləkəçilik planları və geosiyasi maraqlarının həyata keçirilməsində iştirakı faktlar əsasında göstərilib.
Qarabağ probleminin geosiyasi tarixi köklərinin tədqiqi münaqişənin yaranması səbəblərini və mahiyyətini, böyük dövlətlərin bu problemə marağına dair izləri monoqrafiyada hərtərəfli araşdırmağa imkan verib.
Kitabda Azərbaycanı ikiyə bölən müqavilələrin mətnləri də öz əksini tapıb.
Kitabın redaktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, rəyçiləri isə tarix elmləri doktoru, professor P.Darabadi, siyasi elmlər namizədi, dosent K.Məmmədov, tarix elmləri namizədi, dosent F.Əhmədovadır.
Kitab Azərbaycan Təhsil Nazirliyinin 20.06.2008-ci il tarixli qərarı ilə dərs vəsaiti kimi təsdiq edilib.
Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1930

Oxşar yazılar