DAK-da yeni təyinatlar oldu
Qurumdaxili Daimi Katiblik formalaşdırıldı və bir sıra nümayəndəliklərin rəhbərləri təyin edildi
Dünya Azərbaycanlıları Konqresinin (DAK) işinin səmərəli təşkil edilməsi, təşkilatlanması və qurumun sıralarının genişləndirilməsi məqsədilə DAK həmsədrləri bir sıra sərəncam imzalayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, bu məqsdlə DAKın tərkibində Daimi Katiblik formalaşdırılıb. Samir Əsədli katibliyin rəhbəri təyin olunub.
DAK həmsədrlərinin digər sərəncamıyla Ukrayna nümayəndəliyinin 16 may 2009-cu il tarixində keçirilmiş konfransının qərarları təsdiq edilib.
Eyni zamanda həmsədrlər Möhlət Yolçu oğlu Hüseynovu Ukrayna nümayəndəliyinin, Araz Əlövsət oğlu Xudiyevi Qazaxıstan nümayəndəliyinin, Ağası Baba oğlu Məmmədovu (Ağası Hun) Moldova (eyni zamanda Qaqauz Yeri muxtar qurumunda) nümayəndəliyinin rəhbəri təyin ediblər.

1071