Azad Rəhimov Strasburqdan razı qayıdıb
11 dekabr 2010 12:01 (UTC +04:00)

Azad Rəhimov Strasburqdan razı qayıdıb

Lent.az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov Strasburqa səfərinin yekunlarından danışarkən belə deyib. O qeyd edib ki, Azərbaycanın Avropa Şurasına üzv olduğu 10 il müddətində gənclər və idman sahəsində əməkdaşlığı uğurla inkişaf etdirib, ölkəmizdə Avropa Şurasının dəyərlərinin idman sahəsində həyata keçirilməsini dəstəkləyən Avropa İdman Xartiyası və digər tövsiyələrinə əməl edilib.

Azad Rəhimov həmçinin Azərbaycanın Avropa Şurasının idman sahəsindəki hər iki konvensiyasına qoşulduğunu və onlara əməl olunduğu söyləyib.

Xatırladaq ki, Azad Rəhimov Strasburqa səfərində Avropa Şurası Baş katibinin müavini M.De Bur-Bukkikio, Təhsil, Mədəniyyət və İrs, Gənclər və İdman üzrə Baş direktoru Q.Battiani-Draqoni, Gənclər və İdman üzrə direktoru R.Vayngartner ilə görüşlər keçirib, Avropa Şurası Gənclər Mərkəzi ilə yaxından tanış olub. Bu görüşlərdə Avropa Şurası ilə Azərbaycan arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Avropa Şurasının rəsmiləri ölkəmizdə həyata keçirilən gənclər və idman proqramlarında Avropa Şurası dəyərlərinin gözlənilməsi baxımından böyük uğurlar əldə olunmasını qeyd ediblər. Avropa Şurası Baş Katibinin adından Azad Rəhimovun şərəfinə şam yeməyi verib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar