YAP Heydər Əliyev Mərkəzində tədbir keçirib
10 dekabr 2010 14:37 (UTC +04:00)

YAP Heydər Əliyev Mərkəzində tədbir keçirib

APA-nın məlumatına görə, tədbirdə YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, onun müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzov, Milli Məclisin sədr müavini Bahar Muradova, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkilləri, YAP fəalları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin heykəli önünə gül dəstələri qoyub, daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Daha sonra Heydər Əliyevin anım günü münasibətilə konfrans keçirilib. Konfransda YAP-ın icra katibi Əli Əhmədov, millət vəkili Fəttah Heydərov, YAP fəalı Şahlar Əsgərov və Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 861

Oxşar yazılar