İqbal Ağazadə: “Müsavat Partiyası iqtidarla apardığı danışıq nəticəsində seçki komissiyalarına nümayəndə göndərir”
Azərbaycanın demokratikləşməsi istiqamətində mübarizə apardığını bəyan edən siyasi təşkilat çox qısa vaxt kəsimində proseslərə bu cür fərqli mövqedən münasibət bildirdi. Dünən bir mövqe, bu gün bir mövqe nümayiş etdirdi”. Bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə Müsavat Partiyasının seçki komissiyalarında boş qalan yerlərə nümayəndə göndərmək barədə qərarına münasibət bildirərkən deyib.
Xatırladaq ki, seçki komissiyalarına nümayəndə göndərməkdən imtina edən Müsavat Partiyasının başqanı və funksionerləri tərəfindən Ümid Partiyasını seçki komissiyalarına nümayəndə göndərməsini pisləyən bəyanatlar səslənirdi.
İ. Ağazadə bildirib ki, həmişə Azərbaycan müxalifətinin ölkədə demokratikləşməni istəyən siyasi partiyaların ona verilən tribunadan və yerlərdən qanunun verdiyi imkan şəkildə yararlanmasının tərəfdarı olub: “Müsavat Partiyasının da parlamentdə iştirak edən partiya kimi MSK, dairə və məntəqə seçki komissiyalarında ona düşən paydan yararlanmasını istəmişəm və bu istiqamətdə də mövqeyimi açıq bildirmişəm. Təəssüflər olsun ki, Müsavat Partiyası 2009-cu ildə Azərbaycan müxalifətinin ən böyük birliyi olan “Qarabağ və Respublika Uğrunda” Vətəndaş Hərəkatında təmsil olunan partiyalara şərt qoydu ki, seçki komissiyaları paritet əsasla formalaşana qədər adıçəkilən qurumda təmsil olunmasınlar. Bu gün isə aydın olur ki, məsələ heç də paritet əsaslarla MSK-nın dairə və məntəqələrinin formalaşdırılmasında deyil. Sadəcə, Müsavat Partiyasının məqsədi bir partiyanın maraqlarını təmsil etməklə yanaşı, Azərbaycan müxalifətinin böyük birliyini dağıtmaq istiqamətində kimlərinsə sifarişini yerinə yetirmək olub”.
İ. Ağazadə onu qeyd edib ki, Müsavat Partiyasının müxalifətin birliyinin dağıdılması istiqamətində fəaliyyəti yalnız iqtidara sərf edir: “Hesab edirəm ki, Müsavat Partiyası iqtidarla apardığı danışığın nəticəsində nümayəndə göndərir. Nəticədə müxalifətin birliyinə zərbə vurulduğu göz önündədir”.

Oxşar yazılar

Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11