Özbəkistanlı həkimlər orta məktəb şagirdinin ikinci cinsiyyət üzvünü uğurla çıxarıblar.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, oğlan iki cinsi orqanla dünyaya gəlib.
Tibbdə belə hallara difaliya diaqnozu qoyulur, nadir hallarda rast gəlinir - hər 6 milyon oğlandan birində aşkar edilir.
Adətən difaliya diqanozu qoyulan xəstədə anus olmur. Özbakıstanlı oğlan da belə olub və həkimlər onun anusunu doğuşdan az sonra formalaşdırıblar.
Niyə o zaman ikinci penisi çıxarmağın mümkün olmadığı haqda heç bir məlumat yoxdur. Yalnız yeddi yaşında bunu etmək mümkün olub.
Eyni zamanda, “Urology Case Reports” elmi jurnalında qeyd edilir ki, uşaq hər iki orqandan sidiyə gedə bilər və bu xüsusiyyət, ümumiyyətlə, ona narahatlıq yaratmır.
Bundan əvvəl dünyada ilk dəfə üç cinsiyyət orqanı olan körpənin doğulduğu bildirilirdi.