Böyük Britaniyanın Milli Səhiyyə Xidməti yuxusuzluqdan əziyyət çəkən insanları şokolad yeməyi və idman etməyi dayandırmağı bildirb.
Lent.az xəbər verir ki, bu barədə “Express” nəşri məlumat yayıb.
Mütəxəssislər deyirlər ki, böyüklər orta hesabla 7-9 saat, uşaqlar isə 9-13 saat arasında yuxuya ehtiyac duyurlar.
Sağlam yuxu üçün zərərli içkilər arasında həkimlər istənilən spirtli içkiləri, qəhvəni, istənilən qazlı içkiləri, enerji içkilərini və çaylardan imtina etməyi tövsiyyə edir.
Qeyd edilir ki, kofein yuxuya getmə prosesinə mane olur.
Buna görə şokoladdan imtina etmək daha məqsədəuyğun sayılır.
Yatmadan üç saat əvvəl siqaret çəkməmək də tövsiyə olunur.
Fiziki məşq daha rahat yuxuya kömək edir, lakin bütün idman növləri bunun üçün uyğun deyil.
Mütəxəssislər güc və kardio məşqlərini yalnız səhərlər həyata keçirməyi məsləhət görürlər.
Axşam üçün yoga və uzanılı vəziyyətdə olan hərəkətləri uyğun görür.
Ancaq bu məşqlər yatmazdan 4 saat əvvəl edilməlidir.