Terrorçulardan  İYRƏNC ADDIM:   Koronavirus xəstələri ilə insanları yoluxdururlar
06 oktyabr 2021 19:13 (UTC +04:00)

Terrorçulardan İYRƏNC ADDIM: Koronavirus xəstələri ilə insanları yoluxdururlar

Bir çox ölkədəki terrorçular, koronavirusa yoluxmuş insanları vətəndaşlara yoluxdurmaq üçün istifadə etməyə çalışırlar.

Lent.az xarici mediaya istinadla bildirir ki, bunu Təhlükəsizlik Şurası katibinin müavini Yuri Kokov deyib.

Onun sözlərinə görə, hazırda koronavirusa yoluxanlardan insanlar yoluxdurmaq üçün istifadə cəhdləri qeydə alınıb.

Kokov qeyd edib ki, Hindistanın xüsusi xidmət orqanları bu cür fəaliyyəti aşkarlayıb. 

"Tunisdə şəxsi heyəti yoluxdurmaq üçün hərbçilərin kazarmalarına qanunsuz girən yerli ekstremistləri hüquq-mühafizə orqanları həbs edilib", - Kokov vurğulayıb.

O, terrorçuların digər üsullarını şərh edərkən, "nəqliyyat vasitəsi ilə vətəndaşlara qəsdən hücumların daha az tətbiq olunmağa başladığını" söyləyib.

Kokovun  sözlərinə görə, buna ictimai yerlərdə təhlükəsizlik tədbirləri, eləcə də əksər ölkələrdə tətbiq olunan koronavirus əleyhinə məhdudiyyətlər səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2220
avatar

Oxşar yazılar