Səhər yeməyindən əvvəl idman edin, yoxsa...
25 aprel 2024 10:19 (UTC +04:00)

Səhər yeməyindən əvvəl idman edin, yoxsa...

Səhər yeməyindən əvvəl idman etmək daha sürətli arıqlamağa kömək edir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, səhər saat 7-9 arasında acqarına fiziki fəaliyyət sürətli və effektiv arıqlamağı təmin edir. 

Araşdırmalar zamanı alimlər artıq çəkidən xilas olmaq istəyən 5 min insanın məşq fəaliyyəti haqqında məlumat toplayıblar. İştirakçıların nə vaxt məşq etdiklərini izləmək üçün tədqiqatçılar onlara müşahidə müddəti ərzində biləklərində xüsusi fitnes bantları taxmağı tapşırıblar. Təcrübənin sonunda tədqiqatçılar iştirakçıların nə qədər artıq çəki itirdiklərini qeyd ediblər.

Məlum olub ki, səhər məşqləri (saat 7:00-dan 9:00-a qədər) acqarına daha təsirli arıqlamağa kömək edib. Bu o deməkdir ki, məşqləri yerinə yetirmək üçün enerji daha çox mövcud yağ ehtiyatlarından gələcək.

Arıqlamaq üçün səhər məşqləri uzun sürməli deyil. Yağ yandırmaq üçün qaçış və ya velosiped sürmə kimi 40 dəqiqəlik aerobik məşq kifayət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3213
avatar

Arzu Qurbanlı

Oxşar yazılar