Quru  hava niyə  təhlükəlidir?
22 may 2022 04:10 (UTC +04:00)

Quru hava niyə təhlükəlidir?

Otorinolarinqoloq, ali kateqoriyalı həkim, tibb elmləri namizədi Vladimir quru havanın yaratdığı fəsadlardan danışıb.

Lent.az “Gazeta.ru” saytına istinadən xəbər verir ki, quru hava selikli qişanın atrofiyasına və burundan çoxlu qanaxmaya səbəb ola bilər.

Həkimin sözlərinə görə, quru hava burunun selikli qişasını və nazofarenksi kifayət qədər güclü şəkildə qurudur. Bu vəziyyət subatrofik rinit və subatrofik faringitə, daha sonra isə maksimum quruduqda selikli qişanın atrofiyasına səbəb ola bilər.

Onun sözlərinə görə, belə bir nəticə ilə üzləşməmək üçün rahat nəfəs almaq üçün quru havanı nəmləndirmək lazımdır. Nəmlənmiş və duzlu havan nəfəs almaq üçün ideal şəraitdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725
avatar

Oxşar yazılar