Qarderobdakı  çağırılmamış qonaq:   həşəratdan qurtulmağın  SADƏ YOLU
14 may 2022 07:18 (UTC +04:00)

Qarderobdakı çağırılmamış qonaq: həşəratdan qurtulmağın SADƏ YOLU

Güvələr qarderobları, pərdələri xarab edə bilər və yumşaq mebeldə deşiklər aça bilər. 

Lent.az “Express” nəşrinə isitinadən xəbər verir ki, güvələrlə mübarizə üçün təmizlik üzrə mütəxəssis xanım Hinchin asan və təsirli həll yollarını açıqlayıb.

Hinchin sözlərinə görə, həşəratlardan xilas olmaq üçün lavanda çiçəyi yağından istifadə etmək məsləhətdir. 

Bloqer bir sprey şüşəsinə bir neçə damcı lavanda yağı əlavə etməyi təklif edib. 

Bütün maye xalçaya, mebelə və əşyalara püskürdülməlidir. 

Bununla da lavanda çiçəyinin qoxusu həşəratları yox edəcək və bütün tekstil məhsulları qorunacaq.

Daha çox effekt əldə etmək üçün pambıq toplarını lavanda efir yağı ilə islatmaq və paltarla birlikdə şkafa yerləşdirmək tövsiyə olunur.

Maraqlıdır ki, lavanda yağı ağcaqanad və gənələri də dəf edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2571
avatar

Oxşar yazılar