Mütəxəssislərin iddiasına görə, anabolik steroidlərin istifadəsi və qorunmayan cinsi əlaqə, bir sıra digər səbəblər qaraciyər xərçənginin inkişafına səbəb ola bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, həkimlərin dediyinə görə, qaraciyər xərçənginin inkişafına səbəb olan əsas səbəblərdən biri spirtli içkilərdən sui-istifadədir.
“Böyük miqdarda spirt qaraciyərin zədələnməsinə, o cümlədən serroz və ya çapıqlara səbəb ola bilər. Bu da öz növbəsində qaraciyər xərçənginə tutulma şansını artırır”, - tibb elmləri doktoru, Pozuell-Parka Qaraciyər və Mədəaltı Şişləri Mərkəzinin direktoru Rodrik Şvarts deyib.
Dəhşətli bir xəstəliyin inkişafının ikinci səbəbi, mütəxəssislərin fikrincə, anabolik steroidlərin (əzələlərin böyüməsinə və gücünə kömək edən bir sıra təbii və sintetik steroid hormonlarıdır-red.) nəzarətsiz qəbulu ola bilər.
İdman tibb həkimi Bob Qoldmanın sözlərinə görə, bir sıra idmançılarda qaraciyər xərçəngi inkişafı məhz anabolik steroidlərin istifadəsi ilə bağlı olur.
Müdafiəsiz cinsi əlaqə də qaraciyər xərçənginə səbəb ola bilər. Amerika Xərçəng Cəmiyyətinin apardığı araşdırmalar göstərib ki, hepatit B virusu (HBV) və ya hepatit C virusu (HCV) ilə xroniki infeksiya qaraciyərin sirrozuna gətirib çıxarır ki, bu da sonradan daha təhlükəli xəstəliyə səbəb olur. Bu viruslar çox vaxt qorunmayan cinsi əlaqə zamanı yoluxur.
Siqaret çəkmək və artıq çəki də qaraciyər xərçənginə səbəb ola bilər.
Amerika Xərçəng Cəmiyyətinin Həzm Xərçəngi Araşdırmalarının strateji direktoru Piter Kempbell qeyd edib ki, düzgün qidalanma, fiziki fəaliyyət və sağlam çəki müxtəlif xəstəliklərin, o cümlədən 2-ci tip diabet və ya qaraciyər xərçənginin əla qarşısının alınması üçün əla profilaktikadır.