Elə bir məhsul var ki, onun müntəzəm istifadəsi təhlükəli onkoloji xəstəliyin - döş xərçənginin inkişafı və təkrarlanması riskini azaldır.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Çindən olan mütəxəssislərin apardığı araşdırmanın nəticələrinə görə, qoz-fındıq belə faydalı xüsusiyyətə malikdir.
Həkimlər bir vaxtlar xərçəngə qalib gələ bilmiş 3500 qadın arasında sorğu keçiriblər.
Alimlər qadınlara kulinariya üstünlükləri haqqında suallar verdilər.
Bir neçə il sonra mütəxəssislər sorğu iştirakçılarının sağlamlıq vəziyyəti haqqında məlumatları araşdırıblar.
Nəticədə rasionun və döş xərçənginin təkrarlanma riski arasında əlaqə aşkar edilib.
Məlum olub ki, qoz-fındıq həvəskarlarının ölümcül xəstəliyin geri dönməsi ehtimalı azdır.
Beləliklə, bu məhsul arzuolunmaz prosesin baş vermə ehtimalını 52 faiz azaldır.
Bundan əlavə, qoz-fındıq döş xərçəngindən ölüm riskini 30 faizdən çox azaldır.
Qoruyucu xüsusiyyətlərinə görə qoz-fındığa bənzər digər məhsulları mütəxəssislər müəyyənləşdirməyib.