“Omicron”u əvəz edəcək SARS-CoV-2 koronavirusunun yeni ştammı immunitet sisteminin müdafiəsini keçə biləcək, ağır və həyat üçün təhlükəli fəsadlara səbəb olacaq.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu fikri Böyük Britaniya və İtaliya alimləri söyləyiblər.
Alimlərin fikrincə, COVİD-19-un “Omicron”la gedişatının asanlığı sadə bir təsadüflə izah oluna bilər. Bununla belə, çox güman ki, antigenik təkamül virusun toxunulmazlıqdan yayına bilən və ağır əlamətlərə səbəb ola biləcək yeni variantlarının yaranmasına gətirib çıxaracaq.
Alimlərin sözlərinə görə, virusun təkamülü yoluxuculuğun artması və immun reaksiyadan yayınmaq qabiliyyəti ilə müəyyən edilir. Xəstəliyin ağırlığı təkamülün yalnız bir hissəsidir.
Epidemioloqların fikrincə, yeni ştamm bundan əvvəl koronavirusa yoluxan və peyvənd olunan insanlar üçün də təhlükəli ola bilər.