Koronavirus, 2012-ci ildə yoluxmuş çinli mədənçidə tapılan bir infeksiyadan tədricən yarana bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu iddia ilə ABŞ-dan olan alimlər çıxış ediblər.
2012-ci ildə Uhan mədənçilərində tapılan naməlum bakteriya, COVID-19 pandemiyasının mümkün mənbəyi ola bilər. 2020-ci ildə, Uhan laboratoriyasından sızandan sonra insanları yoluxdurmağa başlayıb.
Amerika Bioscience Resource Project təşkilatının icraçı direktoru Conatan Latem, virusların bir insanın bədənində bir çox təkamül mərhələsindən keçə biləcəyini söyləyib.
"Bizim nəzəriyyə oxşar təkamülün 2012-ci ildə müəmmalı bir xəstəlikdən sonra mədənçilərin ağ ciyərlərində baş verdiyini göstərir”, -Latem vurğulayıb.
Onun sözlərinə görə, sonra bilinməyən virusun Sars-Cov-2 formasına təkamülü altı ay ərzində baş verib və 9 il sonra nümunələr laboratoriyadan kənara düşüb.
2012-ci ildə Uhandaki mədənçilər bir mağarada yarasaların peyini ilə təmasdan sonra sətəlcəmə bənzər bir xəstəliyə tutulublar. Bundan sonra Uhan alimləri eyni yerdə 96 faiz COVID-19-a bənzəyən RaTG13 yarasa koronavirusunun izlərini tapıblar.