Koronavirusla bağlı BƏD XƏBƏR : 10 il sonra...
09 may 2022 19:42 (UTC +04:00)

Koronavirusla bağlı BƏD XƏBƏR: 10 il sonra...

 “Covid-19” virusuna yoluxan insanların 10 faizində bu xəstəliyin izi özünü hətta bir il sonra da göstərə bilər”.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Yaponiyanın Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin mütəxəssisləri apardıqları tədqiqatların nəticələrinə əsasən bildiriblər.

  Yaponiya mütəxəssisləri qeyd edirlər ki, xəstəliyin izi özünü əsasən əzələ kütləsinin azalmasında göstərir. Bu hal həmin xəstələrin 7,4 faizində müşahidə olunur.

  Eyni zamanda bildirilir ki, koronavirusa yoluxanların 4,4 faizində nəfəs çatışmazlığı, 3,5 faizində isə yuxululuq halları özünü göstərir.

  Əlavə olaraq qeyd edilir ki, tədqiqatlarda 2020-ci ilin sentyabrından 2021-ci ilin iyulunadək koronavirusun ağır formasına yoluxan 693 nəfər iştirak edib.

  “Zaman keçdikcə simptomların davam etməsindən şikayət edənlərin sayının azalmasına baxmayaraq, bəzi xəstələrdə xəstəliyin təsiri hələ də müşahidə edilir”, - deyə nazirliyin tədqiqatçılar qrupunun rəhbəri Akihito Yokoyama bildirib.

  Həmçinin qeyd edilir ki, xəstəliyə yoluxanların 5,1 faizinin ciyərlərində tomoqrafiya zamanı müxtəlif dərəcəli xəsarətlər müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3756
avatar

Oxşar yazılar