Rusiyada pandemiya başlayandan bəri 149 hamilə qadın koronavirus infeksiyasından dünyasını dətişib.
Lent.az Rusiya mediasına istinadla verdiyi xəbərə görə, bunu akademik Kulakov adına Mamalıq və Ginekologiya Mərkəzinin direktoru Gennadi Suxix açıqlayıb.
Onun sözlərinə görə, keçən il koronavirusa yoluxan 103, bu il 46 hamilə qadın həyatını itirib.
Suxix koronavirus pandemiyası dövründə hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadınlarda 44 mindən çox COVID-19 infeksiyası hadisəsinin qeydə alındığını əlavə edib. “