İsrail koronavirusa qarşı yeni vaksin istehsalına başlayacaq.
Lent.az-ın “The Jerusalem Post” qəzetinə istinadən məlumatına görə, bu vaksinlər kapsul şəklindədir. Vaksini “ Oramed Pharmaceuticals” şirkəti hazırlayır.
Kapsul artıq 24 nəfər üzərində sınaqdan keçirilib. Sınaqlar 6 həftə davam edəcək. Hər şey uğurla davam edərsə, onun kütləvi istehsalına başlanılacaq.
Ekspertlər bu vaksini tibbdə inqilab adlandırırlar.
Sevinc Fərid