Polşanın Qdansk laboratoriyasında koronavirusa qarşı Ukrayna peyvəndinin sınaqlarına başlanılıb, onun həb və ya sprey formasında buraxılması planlaşdırılır.
APA xəbər verir ki, bu barədə “Ukrayna-24” telekanalı məlumat yayıb.
Peyvəndi Ukrayna Milli Elmlər Akademiyasının Lvov Hüceyrə Biologiyası İnstitutunun alimləri hazırlayıb. Layihənin rəhbəri akademik Andrey Sibirndir. Onun sözlərinə görə, peyvənd xeyli ucuz başa gələcək.
Peyvənd hazırda siçanlar üzərində sınaqdan keçirilir. Əsas diqqət sözügedən peyvəndin sprey formasında olmasına yönəlib.
Məhlulun koronavirusun müxtəlif ştammlarına qarşı təsirli olacağı gözlənilir.