Zeytun yarpağı virus profilaktikasında istifadə edilsə, yaxşı olar. İstifadə etdiyim çayların tərkibində zeytun yarpağı 3-4 ədəd də olsa, olmalıdır.
Lent.az bildirir ki, bunu həkim-fitoterapevt Elnur Eldaroğlu açıqlayıb. O, viruslara qarşı tərkibində zeytun yarpağı olan çay reseptini təqdim edib:
Hər zaman virus infeksiyaları (qrip, herpes, Koronavirus, adenovirus, rinovirus və s.) tüğyan edən dövrlərdə bu dəmləməni edin.
Çayın resepti:
Zeytun yarpağı 1 xörək qaşığı
Cökə 1 xörək qaşığı
İtburnu meyvəsi 5-6 ədəd
Sarıkök 1 çay qaşığı
Nanə yarpağı 1 xörək qaşığı
Keçibuynuzu meyvəsi 2 ədəd
500 ml qaynar suda 15 dəqiqə dəmləyib gün ərzində içilir.
Ayda 21 gün etmək olar. İçilmədən öncə 1 çay qaşıq çiçək tozu və bal əlavə edin.