Hansı içki  ömrü uzada bilər?
13 iyun 2022 09:05 (UTC +04:00)

Hansı içki ömrü uzada bilər?

Hesab olunur ki, təbii və sağlam qidalar bir çox xəstəliklərin qarşısını alır, hətta bəzilərini müalicə edir. Məsələn, dəfnə yarpağı diabet və həzmsizliyin qarşısını almaq üçün istifadə edilə bilər. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, dietoloq Lauren Manaker hətta təbii portağal suyunun ömrü uzada biləcəyini söyləyib.

Həkimin sözlərinə görə, yalnız kimyəvi qatqılar və dadlandırıcılar olmayan təbii içki uzunömürlülüyü təmin edir.

Portağal suyu vitaminlərlə zəngin olmaqla yanaşı, hesperidin ehtiva edir. Meneker izah edib ki, bu mikroelementin artıqlığı ürəyi yaxşı vəziyyətdə saxlamağa, həmçinin qan damarlarının divarlarında yağlı çöküntüləri mayeləşdirməyə kömək edir.

Dietoloq bildirib ki, sitrus içkisinin müntəzəm istifadəsi qan təzyiqini və qanda xolesterinin səviyyəsini aşağı salmağa kömək edir. Üstəlik, bir stəkan şirə içmək yaxşı xolesterolu artırır.
Həkim pomidor suyunun faydalı xüsusiyyətlərindən də danışıb. Onun sözlərinə görə, bu içkinin müntəzəm istifadəsi xərçəng riskini azaldacaq. Pomidor şirəsinin faydalı və iltihab əleyhinə xassələri şirənin tərkibində artıq olan karotenoidlər və likopenlər verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2610
avatar

Oxşar yazılar