Günəş şüaları dərini qocaldır
02 iyul 2021 15:04 (UTC +04:00)

Günəş şüaları dərini qocaldır

Günəşi çox sevsək də, ona çox məruz qalmağımız dərimizə ciddi ziyan vurur. Buna görə də yayın gəlişi ilə dərimizdə qırışlar, qəhvəyi ləkələr yaranır. 

Lent.az-ın yerli KİV-ə istinadən günəşin dərimizə zərərli təsiri barədə bəzi məqamlara aydınlıq gətirir. 

Dəriyə rəngini verən hüceyrələr melonositlər adlanır. Melanositlər qaradərili insanlarda daha çox, ağ dərililərdə isə nisbətən az olur. 

Günəş ləkələri bədənimizdə, xüsusən də üzdə və əllərdə daha çox özünü göstərir. Qeyd etmək lazımdır ki, dəridə yaranan ləkələrə səbəb təkcə günəş şüaları deyil. Buna hormonal pozğunluqlar, makiyaj və bəzi dərman məhsullarından istifadə də səbəb ola bilər. 

Günəş ləkələri həmçinin dərinin daha tez qocalmasına da gətirib çıxarır. Onun şüalarından qorunmaq üçün ən yaxşı vasitə günəş kremindən istifadə və dermatoloqa müraciət etməkdi. 

Sevinc Nurəddinova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1641
avatar

Oxşar yazılar