Əlləriniz soyuqdur? –  Ciddi xəstəlik əlamətidir
21 oktyabr 2021 02:17 (UTC +04:00)

Əlləriniz soyuqdur? – Ciddi xəstəlik əlamətidir

Soyuq əllər sağlamlıq problemlərindən xəbər verə bilər. 

Lent.az xarici mediaya istinadla bildirir ki, belə bir əlamətiniz varsa, ilk növbədə bunun niyə yarandığını aydınlaşdırmaq lazımdır.

Həkimlərin fikrincə, bəzi hallarda əllərin soyuq olması fizioloji normallıqdır - məsələn, soyuq mövsümdə, havanın temperaturu aşağı olduqda.
Ancaq ilin fəslindən və otaqdakı temperaturdan asılı olmayaraq əllər soyuq olarsa, bu, bəzi sağlamlıq problemlərinin göstəricisi ola bilər.

Məsələn, soyuq əllər ateroskleroz və şəkərli diabet kimi ciddi xəstəliklərin əlamətidir. Bundan əlavə, bu əlamət qalxanvari vəzi və digər hormonal pozğunluqların göstəricisi də ola bilər.

Soyuq əllər də Reyno xəstəliyində, əllərin və ayaqların qan təchizatı pozulduqda yaranır; siqaret çəkən insanlarda və aşağı təzyiqi olan xəstələrdə daha çox rast gəlinir.

Bir çox səbəb ola bilər və belə problemi olan insana kömək etmək üçün ilk növbədə pis vərdişlərdən imtina, fiziki fəaliyyət və idmanla məşğul olmaq tövsiyə edilir. Bundan başqa, qanın, təzyiqin və xolesterol səviyyəsini mütəmadi izləmək məsləhət görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7287
avatar

Oxşar yazılar