Şaman və ekstrasens Yelena Batır koronavirusa yoluxma halının oktyabr ayında necə inkişaf edəcəyini açıqlayıb.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, onun fikrincə, oktyabr ayında rusları yoluxma sayının artacağı təhlükəsi gözləyir, lakin kəskin olmayacaq.
“Önümüzdəki bir ayda, koronavirusa yoluxma vəziyyəti yaxşı olmayacaq. Bir artım olacaq, amma çılğın bir artım deyil, ancaq bataqlıqdakı kimi, yəni insan dərhal boğulmur, amma yavaş -yavaş ilişib qalır. Xəstəlik baxımından ən şiddətli qarşıdakı 10 gün olacaq”, - ekstrasens xəbərdarlıq edib.
Şaman oktyabr ayının açırında vəziyyətin normallaşacağını da istisna etməyib.
Xatırladaq ki, Rusiyada son günlər koronavirysa yoluxma artımı müşahidə olunur - məsələn, 67 bölgədə əlverişsiz vəziyyət davam edir. Moskvada yoluxma nisbəti bir həftə ərzində 30 faiz artıb.