Düzgün qidalanmanın  sağlamlıq üçün zərərləri   AÇIQLANDI
01 may 2022 09:05 (UTC +04:00)

Düzgün qidalanmanın sağlamlıq üçün zərərləri AÇIQLANDI

Psixoloqlar Cia Marson və Daniel Kinan-Miller "təmiz qidalanmanın" ortoreksiyaya (sağlam qidalanma ilə bağlı qeyri-sağlam vəsvəsə ilə əlaqəli bir yemək pozğunluğudur-red.) necə səbəb ola biləcəyini açıqlayıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, onların sözlərinə görə, diqqətin qidaya həddindən artıq cəmlənməsi, qidanın “düzgün” və “zərərli”yə bölünməsi qidalanma pozğunluqlarının yaranmasına səbəb olur və sağlamlığa zərərlidir.

Psixoloqlar izah ediblər ki, "təmiz" qidalanmanın populyar tendensiyası, əslində, özünəməxsus pəhrizdir, çünki ciddi qida qaydaları və məhdudiyyətləri var.

“Təəssüf ki, “təmiz yemək” termini çox vaxt “sağlam qidalanma” ilə sinonim kimi qəbul edilir. Amma eyni deyil. Bu tendensiya yalnız nizama salınmamış  qida vərdişlərini maskalamaqla yanaşı, həm də qida davranışının pozulmasına gətirib çıxara bilər və ya ondan tam sağalmasını ləngidə bilər”, - onlar vurğulayıblar. 

“Təmiz” pəhriz ilə sağlam pəhriz arasındakı əsas fərq ondan ibarətdir ki, birinci halda yalnız təzə tərəvəzlər, meyvələr və minimal emal olunmuş digər qidalar yeyilir. Psixoloqlar belə bir sistemin arxasında gizlənən təhlükə barədə xəbərdarlıq edirlər: “Belə yemək pəhriz və məhdudlaşdırıcı düşüncəyə çevrilə bilər. Sağlam qidalanma sərtləşdikdə, ortoreksiya nervoza kimi yemək pozğunluğuna - "sağlam" qida ilə qeyri-sağlam mübtəlalıq ilə xarakterizə olunan bir vəziyyətə çevrilə bilər.

Ortoreksiya və ya digər yemək pozğunluqlarının baş verməsinin qarşısını almaq üçün psixoloqlar xatırlamağı məsləhət görürlər ki, həqiqətən sağlam pəhriz heç bir ciddi məhdudiyyətə malik deyil və hər kəs üçün fərqlidir və qida seçimlərinə çox diqqət yetirmək zərərlidir.

Ekspertlərin sözlərinə görə, sağlam pəhriz qida haqqında daimi fikirlər şəklində narahatlıq yaratmağa başlayırsa, bu halda bir mütəxəssislə əlaqə saxlamağa dəyər.


 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2766
avatar

Oxşar yazılar