Dermatoveneroloq və trixoloq Nuriyyət Nurbaqandovanın fikrincə, dəri rənginin dəyişməsi bəzi xəstəliklərdən xəbər verə bilər.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, onun sözlərinə görə, bəzi xəstəliklər zamanı ən böyük insan orqanı günəş yanığı olmadan solğun, sarı və hətta qara ola bilər.
Dərinin solğunluğu qalxanvari vəzi, anemiya, ürək xəstəliyi, mədə-bağırsaq traktının patologiyaları və digər xəstəliklərin siqnalı ola bilər. Nurbaqandova dərinin saralmasını qanda bilirubinin (bilirubin qan piqmenti olub, hemoqlobin, mioqlobin və sitoxromların parçalanma məhsuludur-red.) yüksək olmasının əlaməti adlandırıb. Dərinin sarılıq çalarları narıncıdan (portağal kimi) və açıq limondan sarı-yaşıl rəngə (zeytun kimi) qədər dəyişə bilər.
Sarı rəngli dəri qırmızı qan hüceyrələrinin həddindən artıq məhv olduğunu, qaraciyərin zədələnməsini, safra axını ilə bağlı problemləri göstərə bilər. Dəri ilə eyni vaxtda gözlərin ağları, ağızda və dildə selikli qişalar sarıya çevrilə bilər.
Mütəxəssisin sözlərinə görə, belə əlamətlər öd kisəsi və qaraciyərlə bağlı problemləri, həmçinin parazitar və yoluxucu xəstəlikləri göstərə bilər.
Mütəxəssisin fikrincə, əgər dəri günəş şüası altında qalmadan qaralırsa (norma istisna olmaqla - çillər, doğum ləkələri və s.), o zaman böyrəküstü vəzilərin patologiyalarına görə müayinədən keçmək lazımdır.
Nurbaqandova onu da qeyd edib ki, dəri rənginin dəyişməsi zamanı həkim konsultasiyası lazımdır.