Daimi pivə içmək   hansı problemlərə səbəb ola bilər?
15 may 2022 19:44 (UTC +04:00)

Daimi pivə içmək hansı problemlərə səbəb ola bilər?

Pivənin müntəzəm istifadəsi kişilərdə hormonal balanssızlıqla nəticələnər, testosteron istehsalını azalda bilər. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə diyetoloq Mariya Bakutina məlumat verib.

Mütəxəssisin sözlərinə görə, pivə xüsusilə yüksək kalorili məhsul sayılmasa da, onun tərkibində fitoestrogenlər var. Bu element estradiol kimi tanınan qadın cinsi hormonunun orqanizmdə konsentrasiyanı artırmağa kömək edir.

“Kişilərdə estradiol səviyyəsinin artması qarın nahiyəsində piy toxumasının artmasına – qarın piylənməsinə, həmçinin öz testosteron istehsalının azalmasına səbəb olur”, - Bakutina vurğulayıb.

Bundan əlavə, "pivəli" qarının görünüşü sürətli karbohidratlar və yağlı qidaların sui-istifadəsindən təsirlənir. Həmçinin ağırlaşdıran amillər arasında aşağı fiziki fəaliyyət, genetik meyl və endokrin sistemlə bağlı problemlər var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3600
avatar

Oxşar yazılar