Azərbaycanda daha bir məktəb distant təhsilə keçib.
APA-nın yerli bürosunun xəbərinə görə, Ucar şəhər Qazyan kənd 1N-li tam orta məktəb 10 noyabr 2021-ci il tarixindən 14 gün müddətinə distant təhsilə keçəcək.
Buna səbəb şagirdlər arasında COVİD-19 infeksiyasına yoluxmanın olmasıdır.
Faktı Ucar Rayon Təhsil Şöbəsinin rəhbərliyi də təsdiqləyib.