ABŞ-da 1 milyondan çox insan COVID-19-a yoluxma səbəbindən dünyasını dəyişib.
Lent.az bildirir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.
Kanalın öz hesablamalarına görə, bu rəqəm ölkənin Kaliforniya ştatının San-Xose kimi ən böyük şəhərlərindən birinin əhalisi ilə müqayisə oluna bilər.
Bu arada, Cons Hopkins Universitetinin mayın 4-də verdiyi məlumata görə, ABŞ-da koronavirusdan sonra 994,7 mindən çox insan dünyasını dəyişib.
ABŞ dünyada COVID-19-a yoluxma hallarına görə lider olaraq qalır. Pandemiya zamanı 83 milyondan çox amerikalı koronavirusa yoluxub.