Dietoloq Yelena Tixomirova insanı “axmaq” edən iki məhsulun adını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, koqnitiv funksiyanı əhəmiyyətli dərəcədə azaldan qidalar var.
Onun sözlərinə görə, beynin əsas düşməni spirtdir:
“Spirtin həddindən artıq miqdarda istehlakı bədənə böyük zərər verir. Spirt neyronları məhv edir və insanın idrak funksiyaları azalır. Emal olunmuş bitki yağından istifadə beyin fəaliyyətinə də mənfi təsir göstərir.. Məhsula misal olaraq marqarini göstərmək olar. İnsan çoxlu miqdarda bu cür yağ qəbul etdikdə, o, orqanizm tərəfindən emal edilmir və beyin hüceyrələrində yığılır. Bu hal idrak funksiyasının azalmasına səbəb olur”.