Bu əlamətlər yüksək xolesterol səviyyəsinin  GÖSTƏRİCİSİDİR
25 iyun 2021 23:14 (UTC +04:00)

Bu əlamətlər yüksək xolesterol səviyyəsinin GÖSTƏRİCİSİDİR

Ürək-damar sisteminin sağlamlığı ilə maraqlanırsınızsa, xolesterol səviyyənizi izləməlisiniz.
 
Lent.az xarici mediaya istinadla bildirir ki, onun yüksək səviyyəsi təhlükəli xəstəliklərin inkişaf riski daxil olmaqla mənfi nəticələrə səbəb ola bilər.

Xarici həkimlər hansı əlamətlərin həyəcanverici xolesterol səviyyəsini göstərə biləcəyini öyrənməyi bacarıblar.

Hansı əlamətlərə laqeyd qalmamalısınız

1. Miqrenin xolesterol problemini göstərə biləcəyini az adam bilir. Çox vaxt narahatlıq başın arxa hissəsində yaranır.

2. Digər bir əlamət də əzalarda ağrının olmasıdır.

Alimlər bu əlamətlərin iflic və tromboz kimi təhlükəli xəstəliklərin xəbərçisi ola biləcəyinə əmindir.

Ekspertlər yüksək xolesterol səviyyəsinin pis qidalanma ilə əlaqəli olduğuna inanırlar. Yarımfabrikatlar və işlənmiş qidaları pəhrizdən çıxartmağa dəyər. Qırmızı əti daha az yemək, onu quş əti və ya dəniz məhsulları ilə əvəz etmək lazımdır.

Düzgün bir pəhrizə keçidlə xolesterol səviyyəsi azalmırsa, bunun səbəbi müəyyən xəstəliklərin mövcudluğunda ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229
avatar

Oxşar yazılar