Bu dondurmaları ALMAYIN
09 iyun 2022 02:05 (UTC +04:00)

Bu dondurmaları ALMAYIN

Beynəlxalq İnteqrativ Qidalanma İnstitutunun təsisçisi Nata Qonçar müsahibəsində dondurmanın yenidən dondurulduğuna şübhə olduqda onu almamağı tövsiyə edib. 

Lent.az “Gazeta.ru” nəşrinıə istinadən xəbər verir ki, saxlama və daşıma qaydalarının pozulması səbəbindən bu hal bir neçə dəfə baş verə bilər. 

Dietoloq yarana biləcək mikrobların orqanizmdə patoloji dəyişikliklərə səbəb ola biləcəyini vurğulayıb.

O bildirib ki, ərimiş dondurma qızılı stafilokok xəstəliyinin yaranmasına səbəb olur.

Belə ki, bakteriyaların çoxaldığı korlanmış məhsulun istifadəsi ishal, qızdırma, qastrit və enterokolit, mədə-bağırsaq traktının, selikli qişaların zədələnməsinə və hətta zəhərli şoka səbəb ola bilər.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3105
avatar

Oxşar yazılar