Bu adamlarda iflic riski daha yüksəkdir
26 sentyabr 2021 11:21 (UTC +04:00)

Bu adamlarda iflic riski daha yüksəkdir

Günün böyük bir qismini oturaraq keçirən adamlarda iflic riski daha yüksəkdir.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, Amerika Ürək Dərnəyinin “Stroke” çıxan elmi məqaləsində 143 min adamın sağlıq məlumatları araşdırılıb, 40 yaşdan yuxarı və iflic keçmişi olmayan iştirakçılar təxminən 9 il 4 ay müşahidə altında olub. 

Araşdırmada gündə 8 saat və ya daha çox oturub hərəkət halında olmayan adamların 4 saatdan az oturub hər gün ən az 10 dəqiqə məşq edənlərlə müqayisədə iflic keçirmə riskinin 7 qat artıq olduğu ortaya çıxıb.

Araşdırmanı qələmə alan Kanadadakı McMaster Universitetinin müəllimi Read Joundi sözügedən mövzu ilə bağlı deyib: "Oturaraq keçirilən zamanın glikoza, lipid maddələr mübadiləsi ilə qan axışı pozulduğu və bədəndəki iltihabı artırdığı təxmin edilir. Bu dəyişikliklər zamanla damarlar üzərində mənfi təsir yarada bilir, infarkt və iflicə yol açır.

Oturaraq keçirilən zamanın qısaldılıb fiziki fəaliyyəti artırma iflic riskini salmağa yardımcı ola bilir. Məsələn, lift yerinə pilləkənlə çıxmaq kimi təkrarlanan hərəkətləri edilməsi tövsiyə olunur. Yetkinlərin həftədə ən az 150 dəqiqə orta səviyyədə fiziki fəaliyyətdə olması məsləhətdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2028
avatar

Oxşar yazılar