Böyrək daşları   yaradan məhsullar
23 aprel 2022 19:05 (UTC +04:00)

Böyrək daşları yaradan məhsullar

Böyrək daşları nadir bir əlamət deyil.

Adətən onların yaranması iltihab proseslərini və orqanizmdə bir sıra nasazlıqları təhrik edir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ancaq belə olur ki, hətta yemək də bu problemi yarada bilər.

Bədəndə saxaroza, duz, fruktoza, həmçinin C və D vitaminlərinin çox olması böyrək daşlarının əmələ gəlməsinə səbəb olur.

Əgər hər gün çox miqdarda ət yeyirsinizsə, o zaman risk artır.

Cəfəri, kərəviz və digər göyərtiləri həddindən artıq istifadə etməyin.

Bu məhsulların tərkibində duzların bədəndən normal xaric olmasına mane olan və böyrəklərdə və sidik kisəsində daş əmələ gəlməsinin inkişafına kömək edən oksalat turşusu var.

Alkoqol da digər pis vərdişlər kimi orqanizm üçün təhlükəlidir. Alkoqol və qazlı içkilərın tərkibində böyrək daşlarına səbəb olan fosfor turşusu var.

Ciddi problemlərin yaranma riskini azaltmaq üçün balanslaşdırılmış qidalanmaya riayət etmək, həmçinin pis vərdişlərdən imtina etmək lazımdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2973
avatar

Oxşar yazılar