Banan aclığı mükəmməl şəkildə təmin edən və şəkərli qidalara alternativ kimi xidmət edən meyvədir.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, mütəxəssislər qeyd edir ki, bu meyvələrin faydaları bununla bitmir. Mütəxəssislərin fikrincə, banan dəriyə də müsbət təsir göstərir.
Həkimlər əlavə edirlər ki, banan sayəsində kollagen əmələ gəlir. Bu o deməkdir ki, onlar qırışların yaranmasının qarşısını alır və gəncliyi uzadır.
Həmçinin, bu sarı meyvələr qısa zəncirli yağ turşularının istehsalına kömək etdiyi üçün bağırsaqlara müsbət təsir göstərir.
Həkimlər meyvənin ürək üçün faydalarını də müəyyən edə biliblər. Bu məhsulun təzyiqə yaxşı təsir göstərdiyini əlavə etmək lazımdır.
Bundan əlavə, banan yemək insanın bədənini nizama salmağa kömək edir və artıq duzu çıxarır. Bananlar uzun müddət toxluq hissi yaradır.
Başqa bir gözlənilməz xüsusiyyət - banan qıc olmanın da qarşısını alır.
Bütün bu səbəblərə görə banan yaxşı qəlyanaltı yemək hesab olunur.