Türkiyədə ürəyinə 13 santimetr dəmir girən 12 yaşlı uşaq xəstəxanaya aparılanda ürəyi dayanıb.
Lent.az xəbər verir ki, azərbaycanlı həkim Sarxan Hasanovun xəstəxananın dəhlizində xərəkdəcə dərhal müdaxiləsindən sonra uşaq möcüzəvi şəkildə həyata dönüb, sonra təcili əməliyyatla onun həyatını xilas edə biliblər.
Həkimin cəsarətli hərəkəti xəstəxanadakı müşahidə kameralarına da düşüb.
Əməliyyatdan sonra bir həftə reanimasiyada qalan uşağın vəziyyəti yaxşıdır. Valideynləri başda Sərxan Həsənov olmaqla bütün həkim heyətinə təşəkkürünü bildiriblər.