“Aspirinin yan təsiri peyvənddən daha çoxdur” - Mikrobioloqdan AÇIQLAMA
11 avqust 2021 17:35 (UTC +04:00)

“Aspirinin yan təsiri peyvənddən daha çoxdur” - Mikrobioloqdan AÇIQLAMA

“Tarix boyunca periodik olaraq müxtəlif dövrlərdə infeksion xəstəliklər yayılıb. Adətən belə xəstəliklər kəskinləşdikdə epidemiya, pandemiya formasını alıb. Pandemiya həddinə çatan infeksion xəstəliklərin qarşısını isə əsasən peyvəndlərlə almaq mümkün olub”.

Lent.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Klinik Diaqnostik Laboratoriyasının şöbə müdiri, tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi Yavər Hacısoy bildirib.

Mikrobioloq alim bildirir ki, məhz peyvəndlənmə ilə belə epidemiya və pandemiyaların qarşısının alınması mümkün olub. Y.Hacısoy buna misal olaraq hazırda yox dərəcəsinə gəlib çıxan çiçək xəstəliyini qeyd etməyi vacib bilir.

“Bütün infeksiyaların profilaktikasında peyvəndləşmə hər zaman bir nömrəli rol oynayıb. Koronavirusa qarşı peyvəndləşmənin əhalidə bu qədər  qorxu yaratması isə sadəcə təəssüf doğruru. Axı bütün dünyada, eləcə də Azərbaycanda hər bir insan anadan olan kimi mütləq şəkildə bəzi xəstəliklərdən peyvəndlənir. Bu proses yetkinlik yaşına qədər davam edir. Amma bu zaman “peyvəndlərdən qorxuram”, “bu vaksin məni öldürəcək” kimi yanaşmalar görmürük. Koronavirus pandemiyası dövründə bəzi insanların ortaya atdığı əsassız fikirlər insanların, cəmiyyətin beyni qarışdırır”.

Azərbaycan Tibb Universitetinin (ATU) Klinik Diaqnostik Laboratoriyasının şöbə müdiri Yavər Hacısoy

Dr.Yavər Hacısoy bildirir ki, vaksinlərin fəsadları, yan təsiri ilə bağlı qorxular əsassızdır. Çünki müasir dövrdə yan təsiri olmayan hansısa preparat yoxdur:

“Gündəlik həyatda demək olar hər gün müxtəlif tərkibli ağrıkəsicilər, təzyiq dərmanları, müxtəlif dərmanlar qəbul edən insanlar kifayət qədərdir. İstənilən dərmanın təlimatını oxuduqda, onun kifayət qədər yan təsiri olduğunu görmək olar. Amma insanlar heç buna fikir vermirlər. Bir həkim yoldaşımızın da qeyd etdiyi kimi, vaksinin yan təsiri aspirinə nisbətən daha azdır. Halbuki indiki dövrdə bir çox insan asanlıqla bu dərmanı içsə də, vaksinləşməyə tərəddüd edir”.

Həkim bu günə qədər vurdurduğumuz ənənəvi vaksinlərin də bəzən kimlərəsə yan təsiri olduğunu xatırladır:

“Belə faktlar elmi məqalələr, araşdırmalarda da öz əksini tapıb. Lakin belə halların statistikası vaksinləşmənin verdiyi  faydanın yanında çox cüzidir. Odur ki, nəticə olaraq peyvənd vurdurmağın mütləq olduğunu deyə bilərik”.

Yavər Hacısoy vaksinlərin allergiya vermə ehtimalını təbii hal sayır.

“Çünki istənilən antibiotikin kiçik dozası bəzi orqanizmlərdə allergik hal yarada bilər. Vaksin isə  mikrobun öldürülmüş bir hissəsi olduğuna görə, bədənin ona da allergiya verməsi ola bilər. Təbii ki, bu fərdi xarakter daşıyır. Vaksinin kimdə allergiya verə biləcəyini əvvəlcədən təyin edən analiz yoxdur. Ona görə də vaksinasiya aparılan bütün məntəqələrdə gözləmə otaqları, şok otaqları yaradılıb. Peyvənd preparatının kiməsə yan təsiri olacaqsa ilk 30 dəqiqə ərzində ola biləcəyi ehtimalını nəzərə alaraq, peyvənd olunanlar bu müddətdə gözlədilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2718
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar