Alen Delon kimi evtanaziya ilə ölümü seçən  MƏŞHURLAR
22 mart 2022 17:26 (UTC +04:00)

Alen Delon kimi evtanaziya ilə ölümü seçən MƏŞHURLAR

Dünya şöhrətli fransız aktyoru 86 yaşlı Alen Delon evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı həyatdan məhrum etmək) edərək həyatını sonlandırmaq qərarına gəlib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, fransız kinosunun əfsanəsi və kinematoqrafiyanın ən yaraşıqlı kişilərindən birinin son illərdə səhhətində problemlər yaranıb və 2019-cu ildə Delon ikiqat insult keçirib.

Evtanaziya xəstənin istəyi və ya əvvəlcədən razılığı ilə həyata keçirilir.

Avstriyalı psixoloq Ziqmund Freyd xərçəngin sağalmaz formasına yoluxduğu üçün evtanaziyaya əl atıb.

Evtanaziyanı qanuniləşdirən ilk ölkə Hollandiya olub. Bu, 1984-cü ildə baş verib.

Uşaqlar üçün evtanaziya 2014-cü ildə Belçikada qanuniləşdirilib.

Bəzi ölkələrdə bu prosedura icazə verilir, Azərbaycanda isə qadağandır. Bir sıra ölkələr passiv evtanaziyaya da icazə verir.

Hansı məşhur insanlar evtanaziyanı seçiblər?

Roqi Viq - hollandiyalı şair və nasir, bir sıra milli ədəbi mükafatların laureatıdır.

2015-ci ildə o, uzun illər depressiyadan əziyyət çəkdiyi, tez-tez psixiatrik xəstəxanaya düşdüyü və üç dəfə intihara cəhd etdiyi üçün evtanaziyanı seçib. Viq öləndə 52 yaşında olub.

Uilyam Patrik Kinsella – kanadalı şair. 

Əsərləri əsasında “Arzularının tarlası” və “Aşiq Liberman” filmləri çəkilib. Kinsella ədəbi mükafatlar laureatıdır, Kanada süvari və Britaniya Kolumbiya ordenlərinin mükafatçısıdır. 

Kinsella həyatının son illərində fiziki zəiflikdən, tez-tez xəstəliklərdən əziyyət çəkirdi, o həm da qəzaya düşmüşdü, nəticədə kəllə-beyin travması almışdı.

Şair şəkər xəstəliyindən də əziyyət çəkirdi. 81 yaşında, 2016-cı ildə Uilyam Patrik Britaniya Kolumbiyasında qanuni evtanaziya hüququndan istifadə etmək qərarına gəlib.

Anna Mariya Hertrud Şmidt – niderlandlı yazıçı. Anna keşiş ailəsində anadan olmasına baxmayaraq, qatı ateist kimi böyümüşdü.

İkinci Dünya Müharibəsindən sonra Anna Şmidt uşaq kitabları yazmağa başlamışdı.

Hollandiyada onu “Milli ədəbiyyatının kraliçası” və dünyanın ən hazırcavab nənəsi adlandırırlar.

84 yaşı tamam olandan bir gün sonra Anna Mariya Hertrud Şmidt evtanaziya ilə vəfat edib. Amsterdamda dəfn edilib.

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3849
avatar

Oxşar yazılar