Ağ saçları necə yox etmək olar? – TƏBİİ ÜSULLAR
06 iyul 2021 00:20 (UTC +04:00)

Ağ saçları necə yox etmək olar? – TƏBİİ ÜSULLAR

Saçlarınızın ağarmasının qarşısını alan və hətta yanmış saçlarınızı bərpa edə biləcək bir çox təbii qulluq üsulu var. 

Lent.az-ın xarici KİV-ə istinadən saçlarınızın qayğısına qalmaq və ağ saçları aradan qaldırmaq üçün aşağıdakı təbii üsulları sizə təqdim edir. 
Saçların erkən ağarmasının səbəbi güclü nevroloji vəziyyətlərdir. Belə ki, stress zamanı  saçın zülal strukturu ilə rabitəsini pozan böyük miqdarda adrenalin daxil olur. Nəticədə piqment neytrallaşır və ya silinir.

Yaşıl çay
Saç baxımı üçün ən effektiv təbii vasitə yaşıl çaydır. Günəş işığının və hava kirliliyinin saçlarda yaratdığı fəsadları aradan qaldırmaq üçün çox əlverişlidir. Bununla yanaşı ağarmış saçların da qarşısını alır.

Gənəgərçək yağı

Gənəgərçək yağından maskalar etmək, gənəgərçəkdən hazırlanmış losyonları saçların dibinə sürtmək və s. saçların ağarmasını ləngidən vasitələrdən biridir. 
Saç üçün maska: 1 xörək qaşığı gənəgərçək yağı, 1 xörək qaşığı küncüt yağı, 1 xörək qaşığı ayıpəncəsi yağı yaxşı qarışdırılır, isti suda bir qədər qızdırılır və saçların diblərinə masaj hərəkətləri ilə sürtülür.

Badam yağı
Badam yağı saçlarınızın gənc görünməsini təmin edən E və A vitaminləri ilə zəngindir. Duşdan sonra mütəmadi olaraq az miqdarda bu yağı saçların dibinə yeridilməsi saçların effektivliyini, həcmini bərpa edə bilər. Həmçinin ağarmış saçların da qarşısını ala bilər. 

Bunu da qeyd etmək lazımdır ki, əgər siz erkən saç ağarması problemi ilə qarşılaşmısınızsa, məyus olmayın. Ağarmış saçlar insana zənginlik və ciddilik obrazı verməklə individuallığı daha da qabardır. Təsadüfü deyil ki, bir çox stilistlər öz cavan modellərinin saç düzümlərinə süni ağ saçları qəsdən əlavə edirlər. Baxımlı, erkən ağarmış saçlar da cəlbedici, daha dəbli görünə bilər.  

Sevinc Nurəddinova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6567
avatar

Oxşar yazılar