Diyetoloq Yelena Solomatina ac qarına yeyildikdə təhlükəli ola biləcək qidaları açıqlayıb.
Lent.az-ın Rusiya mediasına istinadla məlumatına görə, diyetoloq xəbərdarlıq edir ki, adətən sağlam hesab edilən limonlu su mədəyə mənfi təsir göstərir. Onun fikrincə, bu, onun daxili səthinin və yemək borusunun limon turşusu ilə qıcıqlanması ilə əlaqədardır. Nəticədə qastrit kəskinləşə və ya artıq mövcud olan xora iltihablaşa bilər.
“Kofeni acqarına, hətta südlə də içməyin”, - Solomatina əlavə edib. Onun sözlərinə görə, kofe olduqca aqressiv məhsuldur.
“Bir çoxları səhər bir fincan Americano və ya kapuçino ilə siqareti birləşdirməyə öyrəşiblər - bu da mədə üçün zərərlidir”, - o, xəbərdarlıq edib.
Diyetoloq acqarına çay, şəkərli qazlı içkilər, adi karbonatlı su içməməyi, xüsusilə zəncəfilli çaydan imtina etməyi tövsiyə edib. Çünki zəncəfil daxili orqanların toxumalarını qıcıqlandıra bilər.
Həmçinin, onun fikrincə, günə portağal, limon, ananas, naringi, yaşıl alma, məşhur ağ sıyıqla başlamamaq lazımdır.
Ağ çörək, bulkilər, müxtəlif dənli bitkilər və düyü sıyığı sürətli karbohidratların mənbəyidir”, - Solomatina vurğulayıb.