Adətən qış aylarında bir sıra mövsümü xəstəliklərə yoluxanlara el arasında, “100 qram vur, soyuqdəymən çıxsın” kimi “müalicə üsulu” təklif edilir. Bu deyim nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində, o cümlədən MDB məkanında geniş yayılıb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu üsul kökündən yanlışdır.
Həkim və teleaparıcı Aleksandr Myasnikov “Rossiya 1” telekanalının efirində məhz bu mövzuya toxunub.
Myasnikov soyuqdəymə zamanı xəstənin spirtli içki qəbul etməsini birmənalı olaraq düzgün hesab etməyib:
“Heç də siz düşünən kimi deyil: “Bir stəkan vur, düzələcəksən”. Bu, yanlış fikirdir”.
Mütəxəssis qrip və soyuqdəymə zamanı hansı məhsuldan istifadə edilməsi barədə də danışıb. Qeyd edib ki, xəstələr qida rasionunu məhdudlaşdırmamalı, istədikləri qidalardan istifadə edə bilərlər:
“Məsələn, tərkibində yüksək sink və maqnezium olan toyuq bulyonu, zoğal şirəsi, ballı çay və s. seçə bilərsiniz. Heç də “C” vitamininin güclü dozalarını qəbul etməyə can atmayın, buna ehtiyac yoxdur. Çünki əks təsiri ola bilər, bu preparatlar sağalmanı sürətləndirməyə kömək etmir”.