Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna maliyyə dəstəyi göstərilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın xəbərinə görə, sərəncama əsasən, UEFA Konfrans Liqasının qrup mərhələsində uğurla iştirak edərək növbəti mərhələyə vəsiqə qazanması ilə əlaqədar Azərbaycanın 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.