Prezident İlham Əliyev Əziz Sancarla görüşdü - FOTO
02 dekabr 2021 18:30 (UTC +04:00)

Prezident İlham Əliyev Əziz Sancarla görüşdü - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də ABŞ-ın Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsinin professoru, Kimya üzrə Nobel mükafatı laureatı, DNT sahəsində mühüm kəşfləri ilə tanınan, ABŞ Milli Elmlər Akademiyasının üzvü, dünya şöhrətli alim Əziz Sancarı qəbul edib.

 

Lent.az-ın xəbərinə görə, Əziz Sancar Vətən müharibəsində Qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etdi və bu Qələbədən bütün türk dünyasının qürur hissi keçirdiyini dedi.

Prezident Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib - YENİLƏNİB - VİDEO
Azərbaycan Prezidenti: “Bəs hanı yenilməz Ermənistan ordusu? Pərən-pərən oldu”
Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi üçün 500 min manat ayrılıb
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirdi.

Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Əziz Sancarın Azərbaycanın haqlı mövqeyini şəxsən dəstəkləməsini və təbrik etməsini yüksək qiymətləndirərək bunun ölkəmizin haqq səsinin dünyada ucaldılması işinə xidmət etdiyini vurğuladı.

Dövlət başçısı müharibə dövründə ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində valideynlərini itirmiş uşağa Əziz Sancarın yardım etməsini xatırladaraq, bunu böyük insanpərvərlik nümunəsi kimi qiymətləndirdi. Əziz Sancarı türk dünyasının önəmli şəxsiyyəti kimi dəyərləndirən Prezident İlham Əliyev onun ölkəmizə səfərə gəlməsindən məmnunluğunu bildirdi və Azərbaycan xalqının ona həm bir alim, həm də bir vətənpərvər insan kimi böyük hörmət və sevgi bəslədiyini xüsusi olaraq vurğuladı.

Sonda xatirə şəkli çəkdirilib.

# 2034
avatar

Oxşar yazılar