Ərdoğanın Şuşaya səfər proqramı AÇIQLANDI
15 iyun 2021 09:44 (UTC +04:00)

Ərdoğanın Şuşaya səfər proqramı AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfər proqramı açıqlanıb.

APA-nın Anadolu Agentliyinə istinadən xəbərinə görə, rəsmi səfərlə Azərbaycana gələn Türkiyə Prezidenti R. T. Ərdoğan 28 il sonra Ermənistanın işğalından azad edilmiş Şuşada bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Azərbaycan Prezidenti ilə təkbətək görüşdən sonra sənədlərin imzalanma mərasimi olacaq. İmzalanma mərasiminin ardınca dövlət başçıları birgə mətbuat konfransı keçirəcək.

R. T. Ərdoğan daha sonra Şuşa şəhərini gəzməyə çıxacaq.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Nümayəndə heyətinə həmçinin Türkiyə müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çəlik, Ədalət və İnkişaf Partiyasının millət vəkili və NATO-da Türk Qrupu rəhbəri Osman Aşkın daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4412

Oxşar yazılar

Dünya liderləri Xankəndidə - VİDEO  - YENİLƏNİB

Dünya liderləri Xankəndidə - VİDEO - YENİLƏNİB

4 iyul 2025 , 14:40
Prezident onlara general rütbəsi  verdi

Prezident onlara general rütbəsi verdi

25 iyun 2025 , 11:11
Prezident İlham Əliyev Mingəçevirdə  - YENİLƏNİB

Prezident İlham Əliyev Mingəçevirdə - YENİLƏNİB

24 iyun 2025 , 10:40
Prezident  İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

Prezident İlham Əliyev Yevlax və Goranboyda -FOTOLENT

23 iyun 2025 , 14:53
Qaxın icra başçısı işdən çıxarıldı

Qaxın icra başçısı işdən çıxarıldı

21 iyun 2025 , 15:14
Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Şahin Mustafayevlə bağlı SƏRƏNCAM

12 iyun 2025 , 13:26
Prezident yeni hakimlər  təyin etdi

Prezident yeni hakimlər təyin etdi

3 iyun 2025 , 17:38
Prezident  Bakı Ekspo Mərkəzində rəsmi açılışda

Prezident Bakı Ekspo Mərkəzində rəsmi açılışda

2 iyun 2025 , 09:51